Jurnalistin apellyasiya şikayətinə baxılır
Bakı/12.05.17/Turan: Mayın 11-də Şirvan Arellyasiya Məhkəməsində hakim Ələsgər Novruzovun sədrliyi ilə jurnalist Əfqan Sadıqovun işi üzrə məhkəmə baxışı davam etdirilib. Bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsində məlumat yayıb.
Cəlilabad rayonunda (Bakıdan 211 kilometr cənub) fəaliyyət göstərən azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. O, Cəlilabad rayon icra hakiminin və yerli icra orqanlarının barəsində tənqidi yazılarından sonra Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə (Qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə) 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Jurnalist ittihamı rədd edərək bildirib ki, yerli hakimiyyəti tənqid etdiyinə görə ona qarşı təxribat törədilib. Belə ki, o, rayon administrasiyasının binasında olarkən guya dava düşüb və jurnalisti hücumda ittiham ediblər.
Vəkil yazıb ki, ötən iclasda məhkəmə qərar verib ki, təcili tibbi yardım sənədləri məhkəməyə təqdim edilsin, lakin Cəlilabad rayon mərkəzi xəstəxanası həmin sənədləri indiyədək məhkəməyə təqdim etməyib.
"Bundan əlavə, zərərçəkən kimi tanınmış Rzayeva Aliyə əvvəlki ifadələrində rentgen müayinəsi olunduğunu deməyib və bu barədə işdə heç bir sənəd yoxdur. A.Rzayeva ilk dəfə olaraq rentgen müayinəsindən keçdiyini deyib. Məhkəmə mənim rentgen şəkillərinin də Cəlilabad rayon mərkəzi xəstəxanasından tələb edilməsi barədə vəsatətimi təmin etdi", deyə o qeyd edib.
Məhkəmə iclası mayın 25-dək təxirə salınıb. -03D-
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz