![Çeçeni Rusiyaya deportasiya edilmək təhlükəsi gözləyir?](https://turan.az/resized/./turan-750-500-resize.webp)
Çeçeni Rusiyaya deportasiya edilmək təhlükəsi gözləyir?
Bakı/16.02.18/Turan: Beynəlxalq terrorizm şəbəkəsi ilə əlaqədə ittiham olunaraq Azərbaycanda 13 il həbs cəzası alan Çeçenistan vətəndaşı Seyid Hüseyn Takayevin taleyi qaranlıq qalır.
Onun qohumları Rusiya KİV-ə bildiriblər ki, Takayev cəzasını çəkib və fevralın əvvəlində deportasiya həbsxanasına köçürülüb. Takayev dörd uşaq atasıdır, rəsmi Bakı ona siyasi qaçqın statusu verib, sonra bu status ləğv edilib.
BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi Takayevin qaçqın statusunun olub-olmaması və onun ləğvi barədə Turan-ın sualını cavablandırmaqdan imtina edib.
"Bizim ofislər konkret problemləri müzakirə etmək istəyənlər üçün açıqdır. Ancaq biz təhlükəsizlik və konfidensiallıq səbəbindən belə əlaqələri açıqlamırıq", - cavabda bildirilir.
Azərbaycan Miqrasiya Xidməti Takayevin taleyi, Rusiyadan gələn və qaçqın statusu alan çeçenlərin sayı barədə Turan-ın sorğusuna cavab olaraq aşağıdakıları bildirib:
"Seyid Hüseyn Takayevin barəsində məlumatlar əməliyyat marağı kəsb etdiyi üçün cavablandırılması imkan xaricindədir.
Hazırda Azərbaycan Dövlət Miqrasiya Xidmətində əcnəbilərin statistikası milli mənsubiyyəti üzrə deyil, mənsub olduğu ölkənin vətəndaşlığına uyğun aparılır".
Qeyd edək ki, Azərbaycan qanunlarına görə, əcnəbi cinayət cəzası başa çatdıqdan sonra əgər qaçqın statusu almayıbsa vətəndaşı olduğu ölkəyə deportasiya edilir.
1994-1996-cı illərdə çeçen müharibəsi zamanı Azərbaycana minlərlə çeçən gəlib. Ancaq son on ildə onların bəzisi Rusiya hakimiyyətinə verilib, 20-yə yaxın adam müəmmalı şəkildə yoxa çıxıb. Sonradan Çeçenistanda onların meyitləri tapılıb.
Odur ki, çeçenlərin çoxu Avropa ölkələrinə gedib.
2005-ci ilin iyulunda Azərbaycan MTN Azərbaycanda terror aktı planlaşdıran bir qrup əcnəbi vətəndaşın məhkəməsinin başa çatdığını bildirib.
İstintaqın məlumatına görə, qrup "Əl-Qaidə" beynəlxalq terror təşkilatının Qafqaz üzrə koordinatoru Əbu Hafisin göstərişlərini yerinə yetirib.
Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2005-ci il tarixli hökmü ilə Takayev və digərləri 13 il azadlıqdan məhrum ediliblər.06D-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz