![Азиз Оруджев](https://turan.az/resized/media/2018/main/021600007709-750-500-resize.webp)
Азиз Оруджев
Milli Platforma jurnalistin əfv olunması xahişi ilə prezidentə müraciət edib
Bakı/16.02.18/Turan: Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması prezident İlham Əliyevə və Əfv komissiyasına müraciət edərək "Kanal 13" İnternet televizyasının icraçı direktoru Əziz Orucovun növbəti əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsini çəkməkdən azad edilməsi barədə müraciət edib. Bu barədə Milli Platformanın məlumatında deyilir.
Əziz Orucov 2017-c il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası verib. İyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində jurnalistə qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
2017-ci il dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun üzv təşkilatı olan Qafqaz Media Tədqiqatları Mərkəzinin İdarə Heyətinin üzvü Əziz Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.
"Əziz Orucov barədə çıxarılmış bu hökm Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı ilə bəyan etdiyi yeni hüquq islahatları siyasəti ilə uzlaşmır", - Milli Platforma belə hesab edir.
Müraciətdə vurğulanır ki, Qafqaz Media Tədqiqatları Mərkəzi İdarə Heyətinin üzvü Əziz Orucovun barəsində başladılmış cinayət işi və çıxarılmış ittihamedici məhkəmə hökmü Şərq Tərəfdaşlığı Proqramında iştirak edən vətəndaş cəmiyyəti təşkilatları və onların nümayəndələrinin azad fəaliyyəti üçün əlverişsiz mühit yaratmaqla bərabər, Azərbaycan və Avropa İttifaqı arasında mövcud münasibətlərin ruhuna da kölgə salır.-03--
-
- İqtisadiyyat
- 16 Fevral 2018 15:13
-
- Cəmiyyət
- 16 Fevral 2018 16:05
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz