Cəmil Həsənli
Cəmil Həsənli: “İsa Həbibbəyli elm üçün Ramiz Mehdiyevdən çox iş görməyəcək”
Bakı/25.10.22/Turan: İsa Həbibbəylinin Azərbaycan Milli Elmlər Akademiyasının yeni prezidenti seçilməsi uğurlu seçim deyil, professor, tarixçi Cəmil Həsənli belə hesab edir.
“O, uzun müddət Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olub,bBacarığı vardısa, vəzifədə olarkən edə bilərdi. Bir adamın üzərinə bu qədər vəzifə qoymağın nə mənası var. Milli Məclisin deputatıdır, Ədəbiyyat İnstitutunun direktorudur, akademiyanın şöbə müdiridir.
Ramiz Mehdiyev (Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti) elmə nə qədər töhfə vermişdisə, İsa Həbibəyli də ondan qabağa gedə bilməyəcək”, - Həsənli deyib.
O akademiyada struktur islahatlarını da tənqid edib. “Akademiyanı bölmək, bir hissəsini Elm və Təhsil Nazirliyinin tərkibinə vermək kökündən səhvdir. Uşaq bağçası, körpələr evi ilə fundamental elmləri bir nazirlik idarə edə bilməz.
“Akademiyaya pul ayrılmalıdır. Ayrılan pul elmə sərf olunmalı, əldə olunan elmi nailiyyət isə istehsalatda tətbiq edilməlidir. Yəni, maliyyə=elm=istehsalat olmalıdır”, - Həsənli qeyd edib.-03В06
-
- Cəmiyyət
- 25 Oktyabr 2022 17:52
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz