Çərşənbə axşamı üçün hava proqnozu

Bakı/11.05.20/Turan: Mayın 12-də Bakıda və Abşeronda yağmursuz, günəşli hava şəraiti davam edəcək. Səhər bəzi yerlərdə duman olacağı, zəif cənub-qərb küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz +18 +20 dərəcə təşkil edəcək.

Azərbaycanın regionlarında da hava əsasən yağmursuz keçəcək, yalnız bəzi dağlıq rayonlarda yağış və dolu yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gündüz aran rayonlarında +21 +26 dərəcə, dağlarda +8 +13 dərəcə təşkil edəcək. -02D-

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti