koronavirusinfo.az
COVID-19-a yoluxma ilə bağlı 331 yeni fakt
Bakı/19.10.20/Turan: Ötən sutka Azərbaycanda COVİD-19-a yoluxma ilə bağlı 331 hal aşkarlanıb. 107 nəfər sağalıb, 4 nəfər vəfat edib. Bu barədə bazar ertəsi Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib.
Azərbaycanda yoluxanların ümumi sayı 45 295 nəfərə çatıb, 40 144 nəfər müalicə olunub, 630 nəfər vəfat edib. Hazırda aktiv xəstələrin sayı 4 521 nəfərdir.
Pandemiyanın əvvəlindən Azərbaycanda 1 232 636, o cümlədən ötən sutka 4612 test keçirilib. –06D-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz