Cümə günü üçün hava proqnozu

Bakı/30.05.19/Turan: Mayın 31-də Bakıda və Abşeronda hava yağıntısız olacaq, zəif şimal küləyi əsəcək. Səhər zəif duman ola bilər. Havanın temperaturu gündüz +27 +29 dərəcə təşkil edəcək. Gecə +18 +20 dərəcə isti olacaq.

Ölkənin dağlıq və dağətəyi rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərə dolu düşə bilər. Şərq küləyi əsəcək.

Mərkəzi aran rayonlarında gündüz hava +33 dərəcəyə qədər isinəcək, dağlarda isə +16 +21 dərəcə isti olacaq. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti