Dəm qazından zəhərlənmə: iki ölü
Son dövrlər havaların soyuması ilə dəm qazından boğulanların sayı artır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ötən gün də qurbansız keçməyib.
Belə ki, noyabrın 24-də Suraxanı rayonu Əmircan qəsəbə sakini Soltan Seymurov və Sumqayıt şəhərində yaşayan Zaqatala rayon sakini Həsən Həsənov evlərində dəm qazından zəhərlənərək ölüb. Sumqayıt şəhəri İnşaatçılar qəsəbə sakinləri Kəmalə Əhmədova və Lera Hüseynova dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. -03D-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz