Deputat Elman Nəsirov. aznews.az
Deputat Nəsirov Muxtarlının işi üzrə dindiriləcək
Bakı/29.06.17/Turan: İyunun 29-da Bakı Apellyasiya Məhkəməsi jurnalist Əfqan Muxtarlının həbsin ev dustaqlığı ilə əvəz edilməsi haqqında şikayətini təmin etməyib.
Muxtarlının özünün iştirakı ilə proses qapalı rejimdə keçirilib. Vəkil Elçin Sadıqov bildirib ki, müdafiə tərəfi sədrlik edən hakim Vüqar Məmmədovu qətimkan tədbirinin dəyişdirilməsinin tamamilə əsaslı olduğuna inandırmağa çalışıb. Amma məhkəmə heyəti şikayəti təmin etməyib.
İyunun 20-də Nəsimi rayon məhkəməsi də qətimkan tədbirini dəyişdirməkdən imtina edib. Müdafiə tərəfi Avropa Məhkəməsinə müraciət etmək niyyətindədir.
Vəkil həmçinin müvəkkilinin işində bəzi yeniliklər haqqında danışıb.
"Əfqan Muxtarlının səhhətindəki problemlər dava edir. Ancaq əlaqəli qurumlara müraciət olunsa da, ona yardım göstəriolməsi ilə bağlı gərəkli addımlar atılmı", deyə vəkil bidirib.
E.Sadıqov əlavə edib ki, Ə.Muxtarlı Gürcüstanın Azərbaycandakı səfirliyinin onunla maraqlanmamasından narazıdır.
"Jurnalist hələ də Gürcüstanın Azərbaycandakı səfiriliyinin nümayəndəsinin onunla görüşə gələcəyini gözləyir. Bundan əvvəl Ə.Muxtarlının səfirliyə belə müraciəti olmuşdu. O hesab edir ki, Gürcüstan hökuməti onun Tbilisidən oğurlanıb gətirilməsinə aydınlıq gətirməlidir".
Vəkil həmçinin deyib ki, Əfqan Muxtarlı ilə bağlı açılmış cinayət işi bir neçə il əvvəl açılan başqa bir cinayət işi ilə - Almaniyadan fəaliyyət göstərən Meydan TV internet televiziyasının cinayət işi ilə birləşdirilib. İki cinayət işinin birgə araşdırılacağını söyləyən vəkil istintaq qrupuna əlavə şəxslərin cəlb olunacağını xəbər verib.
Əfqan Muxtarlının işi ilə bağlı daha bir yenilik millət vəkili Elman Nəsirovun işə cəlb edilməsi ilə bağlıdır.
"İTV-nin əməkdaşının və deputat Elman Nəsirovun Əfqan Muxtarlının Gürcüstandan Azərbaycana gətirilməsinin xüsusi əməliyyat olması haqda açıqlaması olmuşdu. Biz bununla əlaqədar vəsatət vermişdik. İTV-nin "Carçı" proqramının əməkdaşının və deputatın istintaqa cəlb edilib dindirilməsini istəmişdik. Bu vəsatətlərimizi istintaq təmin edib", deyə vəkil bildirib. -0-
-
- Siyasət
- 29 İyun 2017 21:09
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz