Açiq mənbələrdən foto.
Dubay-Bakı reysinin sərnişini ölkəyə 30 ədəd Iphone 13 keçirməyə cəhd edib
Bakı/01.08.22/Turan: Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı ölkəyə 30 ədəd Iphone 13 mobil telefonu keçirməyə cəhd edib.
Sərnişinə məxsus sellofan paketə baxış keçirilib və oradan qutusuz və aksesuarsız 30 ədəd "İphone 13 pro 128 GB" markalı mobil telefon, 1 ədəd "Apple watch" smart qol saatı, 1 ədəd "Apple watch" markalı smart qol saatının kəməri və 1 ədəd "Airpods pro" markalı qulaqcıq aşkar olunub. Bu barədə Gömrük Komitəsinin mətbuat xidmətinin 1 avqust tarixli məlumatında deyilir. 0
-
- Maliyyə
- 1 Avqust 2022 13:36
-
- İqtisadiyyat
- 1 Avqust 2022 14:42
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz