Ekologiya Nazirliyi bazar günü güclü külək olacağı barədə xəbərdarlıq edir

Bakı/25.01.19/Turan: Yanvarın 27-də Bakıda və Abşeron yarımadasında 15-18 m/san gücündə cənub-qərb küləyi əsəcək. Küləyin gücü arabir 20-25 m/san-yə çatacaq.

Ayın 28-də külək şimal-cənub küləyi ilə əvəz olunacaq və onun sürəti 15-20, arabir isə 23-28 m/san təşkil edəcək. Külək ayın 29-da axşam kəsiləcək.

Ölkənin rayonlarında da hava küləkli olacaq, yağıntı gözlənilir, bəzi yerlərdə intensiv olacaq. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti