психолог Азад Исазаде
Ekspert �Psixoloji yardım haqqında� qanun layihəsi barədə
Bakı/28.08.18/Turan: Azərbaycanda "Psixoloji yardım haqqında" qanun hazırlanır. Bunu Turan-a tanınmış psixoloq Azad İsazadə bildirib. O, layihənin hazırlanmasında birbaşa iştirak etməsə də bununla bağlı iş getməsi barədə məlumatlıdır.
Ekspert belə qanunun qəbul edilməsinə ehtiyacın olduğunu deyib. O qeyd edib ki, indiyə kimi psixoloqları birləşdirən bir dövlət qurumu və ya başqa bir ictimai cəmiyyət yoxdur, onların bir qismi QHT-lərin tərkibində, digər qismi isə kommersiya qurumlarında fəaliyyət göstərirlər.
"Hazırda Azərbaycanda uşaq, tibbi-klinik psixoloqlara ciddi ehtiyac var və həm də bu, sırf ixtisaslaşma tələb edən sahədir. Yəni, bu mütəxəssislər bir-birini əvəz edə bilməzlər", - A.İsazadə vurğulayıb.
Eyni zamanda psixoloq qanunun qəbul edilməsilə bu sahədə sürətli irəliləyişin ola biləcəyilə bağlı sualı cavablandırmağa çətinlik çəkib.
"Hələ bilmək olmaz ki, yeni qanun bu sahənin inkişafına xidmət edəcək, ya yox", - o qeyd edib.
Xatırladaq ki, Milli Məclisin Səhiyyə komitəsi "Psixoloji yardım haqqında" qanun layihəsi hazırlayıb. Layihə parlamentin payız sessiyasının gündəliyinə daxil edilib. -05D06-
-
- Siyasət
- 28 Avqust 2018 12:28
-
- İqtisadiyyat
- 28 Avqust 2018 13:33
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz