Eldəniz Quliyev min manat cərimə olunub və ictimai işə cəlb edilib
Cümə axşamı Nəsimi Rayon Məhkəməsi kinorejissor Eldəniz Quliyevı 1000 manat cərimə edib və 480 saat ictimai işə cəlb edib. Beləliklə, rejissor polisə qarşı “böhtan” və “təhqir”də müqəssir bilinib.
Hökm DİN rəhbəri Ramil Usubovun iddiası üzrə çıxarılıb.
Xatırladaq ki, avqustun 20-də E.Quliyev özünün Facebook səhifəsində yol polisinin hərəkətini tənqid edib. DİN rəhbəri bunu polisə qarşı böhtan və təhqir kimi qəbul edərək şərəf və ləyaqətin müdafiəsi barədə iddia qaldırıb, E.Quliyevin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
Oktyabrın 20-də R.Usubovun nümayəndəsi E.Quliyevin 1 il azadlıqdan məhrum olunmasını təklif edib.
Hökm qüvvəyə minənə qədər E.Quliyev ölkəni tərk edə bilməz. O 20 gün ərzində bu qərardan apellyasiya verə bilər.
E.Quliyev fəal vətəndaş mövqeyinə və Demokratik Qüvvələrin Milli Şurasında iştiraka görə təqib olunduğunu düşünür.
Bununla yanaşı o, daha “ağır qərar” gözlədiyini qeyd edib.
“İstənilən halda bu, siyasi qərardır. Biz bununla razı deyilik və apellyasiya şikayəti verəcəyik”, - E.Quliyev Turan-ın müxbirinə bildirib.–03С06—
-
- İqtisadiyyat
- 30 Oktyabr 2014 13:32
-
- İqtisadiyyat
- 30 Oktyabr 2014 13:38
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz