Əli Həsənovun həyat yoldaşı: Mənzilə ehtiyacım yoxdur

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun həyat yoldaşı, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bəzi KİV-lərin jurnalistlər üçün yeni tikilmiş binada sonuncu 156-cı mənzilin ona verilməsi haqqında məlumatlarını təkzib edib.

“Bizim mənzilimiz var və ona ehtiyacımız yoxdur”, deyə o, öz qəzetinin saytında yer alan nəşrdə bildirib. Vəliyeva bu məlumatı “təxribat” adlandırıb.

Xatırladaq ki, 156 mənzildən 155-i iyulun 22-də sahiblərinə paylanıb. 156-cı mənzil, Vəliyevanın sözlərinə görə, ehtiyatda saxlanıır və onun kimə veriləcəyini Azərbaycan prezidenti həll edəcək. -06D-

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti