Ermənistan-Azərbaycan sərhədinin qərb hissəsində gərginlik
Bakı/05.10.19/Turan: Son günlər Azərbaycan və Ermənistan dövlət sərhədinin qərb hissəsində atışmalar sıxlaşıb. Nəticədə Ermənistan tərəfindən iki nəfər həlak olub, üç nəfər yaralanıb. Xəsarət alanlardan ikisi hərbiçi, biri isə mülki şəxsdir.
Azərbaycan tərəfindən bir hərbçinin həlak olduğu və bir mülki şəxsin yaralandığı bildirilir.
Məlumatlara əsasən, hər iki tərəf sərhəd boyunca mühəndislik işlərinin həyata keçirilməsinin qarşısını almağa çalışır. Buna görə xəbərlərdə tez-tez atəşə tutulmuş yük maşınları və ekskavatorlar haqqında məlumatlar çıxır. Məhz buna görə yaralananların və həlak olanların bir hissəsi mülki texnika sürücüləridir. -02B-
Cəmiyyət
-
Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava tutqun olacaq, bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi əsəcək, xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb.
-
Qalib komanda Azərbaycanı ABŞ-də təmsil edəcək Bu il Azərbaycan ilk dəfə olaraq startaplar üzrə ən nüfuzlu dünya çempionatı hesab edilən “Startup World Cup”ın regional tədbirinə ev sahibliyi edəcək. Tədbir ölkənin lider mobil operatoru Azercell-in sponsorluğu ilə sentyabr ayının 19-u ADA Universitetində baş tutacaq.
-
Abunəçilər artıq Azercell-in Eksklüziv ofisləri ilə yanaşı, diler ofislərində də rəqəmsal şəxsiyyət vəsiqəsilə rahat və operativ xidmətdən yararlana bilərlər Abunəçilərinə ən yaxşı müştəri təcrübəsini təqdim etməyi hədəfləyən “Azercell Telekom” MMC artıq bütün satış və xidmət mərkəzlərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınmasını təmin edib. 16 sentyabr 2024-cü il tarixindən etibarən müştərilər Azercell Eksklüziv ofisləri ilə yanaşı, diler mağazalarında da rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istənilən əməliyyatı həyata keçirə bilərlər. Bunun üçün “mygov” tətbiqində şəxsiyyət vəsiqəsinə aid QR kodu və ya 8 simvollu unikal kodu təqdim etmək kifayətdir.
-
Azercell-in dəstəyi ilə şagirdlərimiz İT sahəsində uğurlu nəticələr göstərməyə davam edirlər Cari ilin sentyabr ayında məktəblilərimiz informatika fənni üzrə iki beynəlxalq olimpiadada ölkəmizi uğurla təmsil ediblər. Belə ki, 1-8 sentyabr 2024-cü il tarixlərində Misirin İsgəndəriyyə şəhərində məktəblilərin 36-cı Beynəlxalq İnformatika Olimpiadası (IOI), sentyabr ayının 8-12 aralığında isə Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində dünyanın Birinci Beynəlxalq Süni İntellekt Olimpiadası (IAIO) baş tutub.
Rəy yaz