Fransada azərbaycanlı siyasi mühacir yaralanıb
Bakı/17.03.22/Turan: Martın 15-də AND Avropada azərbaycanlı siyasi mühacirlər təşkilatının üzvü Elnur Məsimov Fransanın Tuluza şəhərində silahlı hücuma məruz qalıb.
AND rəhbəri, jurnalist Qənimət Zahid Turan-a bildirib, Məsimov öz avtomobilində dostu ilə birlikdə gedərkən silahlı hücum olub.
4 nəfərin olduğu başqa bir avtomobil onların yolunu kəsib.
Məsimova atəş açıblar və o, dizindən yaralanıb.
Məsimovun dostunun isə ürəyinə bıçaq zərbəsi endiriblər, hazırda reanimasiyadadır.
Məsimov əməliyyat olunub və artıq xəstəxanadan evə buraxılıb.
AND rəhbərliyi hesab edir ki, hücum "şəxsi motivli” deyil, "sifariş”dir.
"Hücum edənlərin şəxsiyyəti məlum deyil. Bu, qaranlıq vaxtda baş verib və hücum edənlərin üzlərini görmək mümkün olmayıb. Başlarında "çeçenka” papaqlar olub. Heç bir dildə danışmayıblar", - Zahid bildirib.
Onun sözlərinə görə, Azərbaycanda polisdən Məsimovun ailə üzvlərinə dəfələrlə xəbərdarlıq ediblər ki, o, Fransada Azərbaycan hakimiyyətinə qarşı müxalifətçilik fəaliyyətinə son qoysun.- 06B-
-
- Maliyyə
- 17 Mart 2022 17:25
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz