Açiq mənbələrdən foto.
Avropa İnsan Hüquqları Məhkəməsi Qənimət Zahidin şikayəti üzrə qərarını açıqlayacaq
Bakı/17.03.22/Turan: Martın 24-də Avropa İnsan Hüquqları Məhkəməsi "Azadlıq" qəzetinin baş redaktoru, Avropada siyasi mühacirətdə olan Qənimət Zayidovun (Zahid) şikayəti üzrə qərarını açıqlayacaq. Bu barədə Turan-a hüquqşünas Xalid Ağaliyev bildirib.
Onun sözlərinə görə, şikayət Azərbaycanda Zahidin xuliqanlıq ittihamı ilə mühakimə olunduğu zaman həbsxanada yazdığı kitabın əlyazmasının götürülməsi və məhv edilməsilə bağlıdır.
Zahid Konvensiyanın 10 (ifadə azadlığı), 6.1 (ədalətli məhkəmə çəkişməsi hüququ), 13 (effektiv hüquqi müdafiə vasitələri hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələri və Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyət hüququ) üzrə hüquqlarının pozulmasının tanınmasını xahiş edir.- 16D
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz