Gürcüstan azərbaycanlıları ayrı-seçkilikdən şikayət edirlər
“Borçalı” İctimai Birliyi çərşənbə günü öz ofisində Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycanla bağlı miqrasiya problemlərinə dair “dəyirmi masa” keçirib.
Birliyin sədri Zəlimxan Məmmədli bu sahədə Gürcüstan azərbaycanlılarının ciddi problemlər yaşadığını bildirib. Belə ki, qanunlara uyğun ölkədə qalmaq, vətəndaşlıq almaq, işləmək kimi problemlərlə üzləşirlər. Ailə quran şəxslərdən biri Azərbaycan vətəndaşı olduqda ailənin Azərbaycan vətəndaşlığı alması qanunla təsbit edilsə də məmurlar buna əməl etmirlər. Azərbaycanda 5 il yaşamaq izni olan şəxslər bu müddəti başa vurduqdan sonra vətəndaşlıq almalı olduqları halda vətəndaşlıq verilmir. Sadəcə uzun get-gəldən sonra növbəti 5 il yaşamaq izni ala bilirlər. Çox güman ki, Azərbaycan məmurları Gürcüstanda yaşayan azərbaycanlıların kütləvi şəkildə köç edəcəklərindən ehtiyat edirlər.
Azərbaycanda müvəqqəti qalmaq izni 2-3 ayla yekunlaşdırılır. Bu sırada Azərbaycana xaricdən gələn hər hansı əcnəbi ilə azərbaycanlı arasında fərq qoyulmur. Bu, qanundakı boşluq kimi dəyərləndirilib. Gürcüstanda bu problem “soydaşlar haqqında” qanunu qəbulu ilə həll olunub. Azərbaycanda da belə qanunun qəbuluna zərurət var.
Ölkəyə gələn azərbaycanlılar Miqrasiya Xidmətində qeydə alınmadıqları halda 300-400 manat cərimə olunurlar ki, bu da əsassızdır. Əmək miqrantı kimi gələn adamlar üçün isə 1000 manat dövlət rüsumu müəyyən olunması ədalətsizlikdir.
Gürcüstanda iş yerinin olmaması, Azərbaycan-Ermənistan və Gürcüstan-Rusiya münasibətlərinin kəskin olması üzündən bu ölkələrə gedə bilmirlər. Azərbaycanda da ağır şərtlərin qoyulması bu adamları məyusluğa düçar edir. Digər tərəfdən Rusiyaya gedən azərbaycanlıların orada ailə qurmaları və s. məcburən milli assimilyasiyanı gerçəkləşdirir. Ona görə də tədbir iştirakçıları rəsmi Bakını Gürcüstanda yaşayan azərbaycanlılara sahib çıxmağa çağırıb.
Bu problemlərdən irəli gələrək miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, xaricdə olan azərbaycanlıların Azərbaycana gəlişi ilə bağlı istisnaların nəzərdə tutulması və digər təkliflər səsləndirilib.-05C-
-
- Sual-cavab
- 27 İyun 2012 15:46
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz