Bu gün saat 12:27-də  dəmir yolunun Muğan-Qarasu distansiyasında yük qatarı qəzaya uğrayıb. 53 vaqondan ibarət qatar Hacıqabuldan Gəncəyə gedirmiş.15 vaqon, o cümlədən 6 taxıl vaqonu relsdən çıxıb. Bu barədə Turan-ın müxbirinə Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri  Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, qəzanın səbəbləri araşdırılır. Hadisə yerinə QSC-nin komissiyası göndərilib.—08B06-- 

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə