Elçin Məmməd
Həbsdə olan hüquq müdafiəçisi və jurnalistin anası prezident İlham Əliyevə müraciət edib
Bakı/07.06.21/Turan: Həbsdə olan hüquq müdafiəçisi və jurnalist Elçin Məmmədin anası Rahilə Məmmədli oğlunun işinə müdaxilə etmək və onun barəsində ədalətin bərqərar olmasına yardım etmək çağırışı ilə prezident İlham Əliyevə müraciət edib.
Məmməd 2020-ci ilin martıında həbs edilib və oğurluq və qanunsuz döyüş sursatı saxlamaq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ana insan hüquqlarının pozuntusuna və korrupsiyaya görə məmurları tənqid etməsinin qisası olaraq oğluna qarşı saxta ittiham irəli sürüldüyünü hesab edir.
Bundan başqa, Məmməd hüquqi təmsilçi qismində yüzlərlə vətəndaşın işi üzrə məhkəmə proseslərinə çıxıb, vətəndaşların hüquqlarını müdafiə edib.
O, dəfələrlə polisə və prokurorluğa çağırılıb, təzyiqə məruz qalıb, 2019-cu ilin sonlarında isə ölümlə hədələnib. Təhdidlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına etdiyi müraciətlər nəticəsiz qalıb, deyə ana yazır.
Məmməd Azərbaycanda insan hüquqlarının vəziyyəti haqqında tənqidi hesabatı dərc etdikdən bir neçə gün sonra həbs edilib.
Müttəhimin anası oğlunun səhhətində ciddi problemlər olduğunu və iki nəvəsinin ata qayğısından məhrum qaldığını qeyd edir.
İyulun 7-də Ali Məhkəmədə Məmmədovun kassasiya şikayətinə baxılması ərəfəsində ana Əliyevdən işə müdaxilə etməyi və ədalətin bərpa edilməsini təmin etməyi xahiş edir. O, Ali Məhkəmənin əvvəlki məhkəmə instansiyalarının qərarlarını ləğv edəcəyinə və oğlunu azad edəcəyinə ümid etdiyini bildirir.
Xatırladaq ki, 2020-ci il oktyabrın 17-də Sumqayıt şəhər məhkəməsi Elçin Məmmədi “oğurluqda” və “qanunsuz döyüş sursatı saxlamaqda” təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib.
Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Ondan hüquqi yardım göstərdiyi qadın şikayət edib. Bundan əvvəl həmin qadın criminal.az saytının redaktoru Anar Məmmədovdan da şikayət etmişdi.
Məmməd cinayət işini hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirir. Amnesty İnternational, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Məmmədin həbsini pisləyiblər. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. -06B-
-
- Siyasət
- 7 İyun 2021 13:49
Cəmiyyət
-
Bazar günü, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutqun, əsasən yağmursuz olacağı gözlənilir.
-
Yanvarın 11-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalana biləcəklər Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.
-
2017-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Qubadlıdan qaçqın olan Əliyevlər ailəsinin (Əkbər, Sərvinaz, Ramil və daha iki ailə üzvü) 12-ci mikrorayon, ev 7A, mənzil 35 ünvanında qanunsuz tutduğu mənzildən çıxarılması barədə qərar qəbul edib. Məhkəmə əmlakın qanuni sahibinə- Səmayə Əliyevaya qaytarılması barədə qərar qəbul edib.
Rəy yaz