Photo TURAN.
Həbsdə olan ilahiyyatçının qohumları etiraz aksiyası keçiriblər
Bakı/23.05.23/Turan: Bu gün "Mizan Maarif Mərkəzi" İctimai Birliyinin rəhbəri, həbsdə olan ilahiyyatçı Ruhulla Novruzzadənin yaxınları Azərbaycan Prezident Administrasiyasının yanında etiraz aksiyası keçiriblər.
Novruzzadə 2023-cü il yanvarın sonunda həbs edilib. Bacısının sözlərinə görə, onu Suraxanı Rayon Polis İdarəsinə çağırıblar. "Qarşısına narkotik maddə qoyublar və ondan tapıldığını etiraf etməsini tələb ediblər”, - bacı deyib.
İlahiyyatçıya qarşı Azərbaycan Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan narkotik maddələrin qanunsuz saxlanması) və 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddələrilə ittiham irəli sürülüb.
Doğmaları bu ittihamları uydurma hesab edirlər. Onların sözlərinə görə, Novruzzadə İranın Qum şəhərindəki universitetdə təhsil alıb. Ancaq təhsilini başa vurmayıb, çünki Bakıya gələndən sonra onu geri buraxmayıblar.
Yaxınları qeyd edirlər ki, Novruzzadə dindarların kütləvi həbs kampaniyası zamanı həbs edilib. Hakimiyyətyönlü KİV-lərdə bu, "İran casuslarının ifşası" kimi təqdim olunur.
Qohumları deyirlər ki, o, sadəcə, İranda təhsil alıb və fars dilindən kitablar tərcümə edib.
Son aylarda Azərbaycanda "İranın agentləri" kimi təqdim olunan 100-dən çox adam həbs edilib, baxmayaraq ki, onların əksəriyyətinə qarşı narkotik maddə ilə bağlı ittiham irəli sürülüb. 030B06
Cəmiyyət
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
Rəy yaz