Heydər Əliyev bir kiloqramlıq sikkələrdə əbədiləşdirildi
Bu gün Azərbaycan Milli Bankının rəhbəri Elman Rüstəmov Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar hazırlanmış qızıl sikkələri təqdim edib.
Xatirə sikkələri üç növdə hazırlanacaq: 1 Troy unsiyası (31,1 qram), on Troy unsiyası və bir kq. Sikkələr Böyük Britaniyanın sikkəxanasında yüksək əyarlı qızıldan hazırlanıb.
Sikkələrin üzərində Heydər Əliyev aypara və səkkizguşəli ulduz fonunda təsvir edilib. Elman Rüstəmovun fikrincə, sikkələr “ən yüksək estetik tələblərə cavab verir”.
3 min ədəd tirajla buraxılmış sikkələrin təqdimatı “Heydər Əliyev və maliyyə-kredit sistemi: nailiyyətlər və çağırışlar” mövzusunda konfransda keçirilib.
Heydər Əliyevin şəxsiyyətinə pərəstiş hələ o sağ ikən formalaşmağa başlayıb, bu proses onun ölümündən sonra da davam edib. Sabiq prezidentin şərəfinə küçələrə və parklara, müxtəlif obyektlərə (o cümlədən Bakı aeroportu və NEZ) onun adı verilib.
Dərsliklərdə Heydər Əliyev “ümummilli lider” və Azərbaycanın xilaskarı adlandırılır. -02D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz