Hüquq müdafiəçisi ittiham edir, SOCAR inkar edir
Bakı/08.05.17/Turan: SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) rəhbərliyi işçilərin əmək haqlarının azaldılması məqsədilə onları vəzifələrinin kiçildilməsi xahişilə ərizə yazmağa məcbur edir. Bu barədə Turan-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.
Onun sözlərinə görə, bu tədbirlər müxtəlif layihələrin həyata keçirilməsi və işçilərin vəzifələrinin dəyişdirilməsi ilə izah edilir.
“Ancaq ümumi qaydalar var ki, hər hansı layihə və ya proqram həyata keçirilərkən işçilərin əmək haqları mövcud əmək haqqından aşağı ola bilməz. İndiki halda, əmək haqları 200 manat azaldılır”, - M.Qəhrəmanlı qeyd edib.
Onun sözlərinə görə, neftçilər prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya şikayətlə müraciət ediblər.
Müraciəti “Neft daşları” NQÇİ-nin işçiləri göndərib. Digər idarələrin əməkdaşları isə Prezident Administrasiyasına getmək niyyətindədir.
SOCAR isə öz bəyanatında qeyd edir ki, yeniliklər şirkətin “beynəlxalq standartlar” üzrə işə keçməsilə əlaqədardır. Buna görə də ştat cədvəli “günün tələblərinə” uyğunlaşdırılıb.
“Azneft” İB-nin idarəetmə aparatındakı işçilərin vəzifə standartları hazırlanıb. İşçilərə yeni standartlar üzrə yenidən əməyin ödənilmə dərəcəsi və vəzifə maaşı hesablanıb. Əmək haqları azalan işçilərə kompensaiya veriləcək. –065D06—
Cəmiyyət
-
Bazar günü, iyulun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
-
Bakı şəhəri ərazisində qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində müxtəlif ünvanlarda əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisində yaşamaq və qalmaq hüququ verən sənədləri olmayan 34 əcnəbi müəyyən edilərək saxlanılıb.
-
Azərbaycan Müdafiə Nazirliyi (AMN) iyulun 25-də bəyanat yayaraq son günlərdə Ermənistanı Kəlbəcərdə ağır silahlar, Tovuz istiqamətində isə kvadrokopter tətbiq etməklə ona qarşı “təxribatlar törətməkdə” günahlandırıb. Üstəlik, Ermənistanın Qərb ölkələri ilə hərbi əməkdaşlığından narazılıq və narahatlıq ifadə edib.
-
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin son əməliyyatları zamanı narkotik maddələrin qanunsuz dövriyyəsilə məşğul olan mütəşəkkil dəstənin 5 üzvü - əvvəllər məhkum olunmuş Bəhlul İsmayılov, Röyal Əliyev, Xəyal Alıyev, Samir Ağayev və Əli Məmmədli saxlanılıblar.
Rəy yaz