İkram Rəhimov cəzaçəkmə müəssisəsinə köçürülüb
Bakı/26.09.19/Turan: Realliq.info saytının həbsdə olan redaktoru İkram Rəhimov bu gün Bakı İstintaq Təcridxanasından 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Saxlanılma yerinin dəyişdirilməsi Rəhimov barəsində hökmün qüvvəyə minməsi ilə bağlıdır.
Rəhimovun yaxınlarının Turan-a verdiyi məlumata görə, onlar sentyabrın 18-də aclığı bərpa etdikdən sonra jurnalistin vəziyyəti haqqında məlumata malik deyillər.
"Dünənə qədər İkram aclığı davam etdirirdi. Biz onun vəziyyətindən narahatıq", deyə Rəhimovun ailə üzvü bildirib.
* Realliq.info saytının redaktoru İkram Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb. İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Etiraz əlaməti olaraq Rəhimov avqustda aclığa başlayıb, bu aksiyanı 30-cu gündə - sentyabrın 5-də dayandırıb.
Sentyabrın 18-də Apellyasiya Məhkəməsi Rəhimovun hədələmə yolu ilə pul tələb etmək təqsirini təsdiq edib, CM-in 62-ci (qanunla nəzərdə tutulmuş ən az cəzanın tətbiqi) maddəsini tətbiq edərək, həbs cəzasını 5,5 ildən 3 ilə qədər azaldıb. -D06-
-
- İqtisadiyyat
- 26 Sentyabr 2019 15:43
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz