![İlahiyyatçının işi məhkəməyə gedir](https://turan.az/resized/media/2017/main/050600001154-750-500-resize.webp)
İlahiyyatçının işi məhkəməyə gedir
Bakı/08.05.17/Turan: Həbsdəki ilahiyyatçı Sərdar Babayevin (Hacıhəsənli) cinayət işi məhkəməyə gedir. İstintaq artıq, yekunlaşıb.
Bu barədə onun vəkili Cavad Cavadlı məlumat verib.
Vəkilin bildirdiyinə görə, Masallı rayon Polis Şöbəsində S.Babayevlə birlikdə cinayət işinin materialları ilə tanış olub.
“İş artıq, məhkəməyə göndərilir. Elan olunmuş ittiham olduğu kimi qalır. Onu Cinayət Məcəlləsinin 168-1.1.3 maddəsi ilə, yəni xaricdə təhsil almış şəxs olaraq Masallı şəhər Məscidində cümə namazına rəhbərlik etməkdə, cümə xütbəsi söyləməkdə ittiham edirlər. Rəsmi ittiham belədir”, vəkil qeyd edib.
Vəkil cinayət işi materialları ilə tanışlıq zamanı bəzi detalların onlara bəlli olduğunu ifadə edib. Onun sözlərinə görə, Masallı şəhər inzibati ərazi üzrə nümayəndəsi S.Babayev barəsində qərəzli xasiyyətnamə verib.
“Polis Şöbəsinə təqdim olunmuş xasiyyətnamədə Sərdar Babayevin qeyri rəsmi olaraq dini mərasimlərə, ayinlərə rəhbərlik etməsi, xütbə və moizələrində İran İslam respublikasının siyasi, dini rejimini təbliğ etməsi göstərilir”.
Vəkilin sözlərinə görə, S. Babayevin bütün xütbələri və çıxışları internet resurslarında yerləşdirilib. İstintaq orqanı da onun çıxışlarını incələyib. Vəkilin gəldiyi nəticəyə görə,hər hansı qanun pozuntusu aşkar edilməyib.
C.Cavadlı müdafiə etdiyi şəxsin qərəzli xasiyyətnaməyə görə Masallı şəhər inzibati ərazi üzrə nümayəndəsini məhkəməyə verəcəyini bildirib.
Bu il fevralın 22-si Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan həbs müddəti artırılıb.
Ona CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilib.
Olaya münasibət bildirən yerli rəsmilər bildiriblər ki, S.Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir. S.Babayevə dəfələrlə Masallı rayonundakı məscidə gedib xütbə oxumaması haqqında xəbərdarlıq verilib. Ancaq o, bu xəbərdarlığı eşitməyib.
Müdafiə tərəfi isə bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.
Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb.
Yerli sakinlərin bildirməsinə görə, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edərək, tənqidi fikirlər səsləndirib.-0-
-
- Cəmiyyət
- 8 May 2017 01:55
Cəmiyyət
-
Bazar günü, iyulun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
-
Bakı şəhəri ərazisində qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində müxtəlif ünvanlarda əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisində yaşamaq və qalmaq hüququ verən sənədləri olmayan 34 əcnəbi müəyyən edilərək saxlanılıb.
-
Azərbaycan Müdafiə Nazirliyi (AMN) iyulun 25-də bəyanat yayaraq son günlərdə Ermənistanı Kəlbəcərdə ağır silahlar, Tovuz istiqamətində isə kvadrokopter tətbiq etməklə ona qarşı “təxribatlar törətməkdə” günahlandırıb. Üstəlik, Ermənistanın Qərb ölkələri ilə hərbi əməkdaşlığından narazılıq və narahatlıq ifadə edib.
-
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin son əməliyyatları zamanı narkotik maddələrin qanunsuz dövriyyəsilə məşğul olan mütəşəkkil dəstənin 5 üzvü - əvvəllər məhkum olunmuş Bəhlul İsmayılov, Röyal Əliyev, Xəyal Alıyev, Samir Ağayev və Əli Məmmədli saxlanılıblar.
Rəy yaz