İslamçı Abgül Süleymanov Qobustana göndərilir
Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Həsənov ilahiyyatçı Abgül Süleymanovun cəzasının növbəti 6 ayının Qobustan qapalı həbsxanasında çəkməsi barədə qərar qəbul edib. A. Süleymanov 20 gün ərzində Qobustan qapalı həbsxanasına göndəriləcək.
Bu barədə Turan-a məlumat verən vəkil Cavad Cavadlının sözlərinə görə, məhkəmə qərarına aprelin 24-də 13 saylı cəzaçəkmə müəssisəsində həmin müəssisənin rəhbərinin təqdimatı əsasında baxılıb. Müəssisə rəhbərliyi bu təqdimatı belə əsaslandırıb ki, ilahiyyatçı intizam qaydalarını pozur, təcridxananın yeməklərini bəyənmir, məhbuslar arasında dini təbliğat aparır.
Bununla razılaşmayan vəkil Cavadlı deyib ki, A.Süleymanov fevral ayından bu cəzaçəkmə müəssisəsinə gətirilib. Bundan sonra karserdə (cərimə təcridxanası) saxlanılıb. A. Süleymanov Qobustana köçürülməsi ilə razılaşmayaraq bildirib ki,cəzaçəkmə müəssisəsində heç bir dini təbliğat aparmayıb. Bununla belə ona qəzet oxumağa imkan yaradılmayıb.
Aprelin 25-də A.Süleymanovla görüşən vəkil C.Cavadlı Qaradağ Rayon Məhkəməsinin qərarının ləğv edilməsi barədə apellyasiya şikayəti verəcəyini bildirib. Bununla belə, ilahiyyatçının Qobustana köçürülmə məsələsini şərh edərkən bunun siyasi sifarişli olduğunu bildirib.
Vəkil A.Süleymanovun Qobustana göndərilməsinin son zamanlar onun müxalifəti və ilahiyyatçı Taleh Bağırovun müdafiə etməsi ilə əlaqədar olacağını istisna etməyib.
Süleymanov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci ilin avqustunda çıxardığı hökmlə 11 il müddətinə azadlıqdan məhrum edilib. O 2011-ci ilin avqust ayında həbs olunub. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, narkotik və odlu silah saxlamaqda təqsirli bilinib.-16D-
-
- Siyasət
- 26 Aprel 2013 14:34
-
- İqtisadiyyat
- 26 Aprel 2013 14:59
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz