İspaniyada Azərbaycan vətəndaşı həbs edilib
İspaniya hakimiyyəti Lyoret-de-Mar şəhərində beynəlxalq axtarışda olan, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin baş zabitlərinin biznesmendən 285000 dollar almasına vasitəçilik etməkdə ittiham olunan Azərbaycan vətəndaşını həbs edib.
Bu barədə cümə günü lavanguardia.com saytı məlumat yayıb. Mənbənin məlumatına görə, həbs edilən şəxsin adı Akif Mustafayevdir. Axtarış elan olunduqdan sonra İspaniya hakimiyyəti onu Kosta Brava sahilindəki kazinolardan birində tapıb.
61 yaşlı Mustafayev Milli Məhkəmədədir, orada artıq onun ekstradisiyası proseduru başlayıb.
Xatırladaq ki, Akif Mustafayev MTN işçilərinin çox sayda biznesmenlərdən pul alması işi üzrə keçir. Qeyri-rəsmi məlumatlara görə, o, casus rolunu yerinə yetirirdi, onu hansısa biznes qurumuna göndərirdilər, sonra isə onun verdiyi “kəşfiyyat məlumatlarından” pul tələb etmək üçün istifadə edirdilər. Müəyyən dairələrdə o, “Akula Akif” ləqəbi ilə tanınır. -16D-
-
- İqtisadiyyat
- 29 Oktyabr 2016 09:29
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz