«Nardaran işi» üzrə prosesdə şahidlər oğurlanıb və yalan ifadələrdən imtina etdiklərinə görə işgəncəyə məruz qoyulublar – vəkil
Oktyabrın 28-də “Nardaran işi” üzrə məhkəmədə vəkil Yalçın İmanov şahidlərə təzyiq göstərildiyini bildirib.
Onun sözlərinə görə, oktyabrın 26-da məhkəmə iclasından sonra ibtidai istintaqa verdikləri ifadələrindən imtina edən şahidlər Valeh Abbasov və Samir Abbasov Sabunçu rayon polis idarəsinə aparılıblar. Onlarla birlikdə hələ prosesdə çıxış etməyən şahidləri – Nardaran və Maştağa qəsəbə sakinlərini də polisə aparıblar.
Abbasov və Babayev ertəsi gün sərbəst buraxılıb. Məlum olub ki, 14 saylı polis bölməsində onlara məhkəmədə yalan ifadələrindən imtina edib həqiqəti söylədiklərinə görə elektroşok cihazı ilə işgəncə verilib.
Vəkil hesab edir ki, digər şahidlərə də ifadələrindən imtina etməmələri üçün təzyiq göstərilib.
Vəkil baş prokurora məktub və Sabunçu polisinə şahidlərin saxlanılmasının səbəbi haqqında sorğu göndərilməsi barədə vəsatət qaldırıb. İmanov bu məsələyə aydınlıq gətirilənə qədər şahidlərin dindirilməsini dayandırmağı təklif edib.
“Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə bildirib ki, belə şəraitdə prosesin davam etdirilməsi yolverilməzdir.
Hakim Şəhər Prokurorluğuna və Sabunçu polisinə məktub göndərməyi vəd edib, bundan sonra “Azəriqaz” işçisi Firdovsi Sadıqov dinlənilib. O, AXCP sədr müavini Fuad Qəhrəmanlının Nardaran hadisələri haqqında statusunu təqdir edən şərhi ilə əlaqədar polisə çağırıldığını bildirib.
İstintaqda ondan Qəhrəmanlını pisləməyi tələb ediblər.
Digər şahidlər İlkin Məmmədov və Samir Mirzəzadə bildiriblər ki, Bağırzadədən konstitusiya quruluşunun dəyişdirilməsi çağırışı eşitməyiblər.
Proses noyabrın 7-də davam etdiriləcək. -06D-
-
- İqtisadiyyat
- 28 Oktyabr 2016 17:51
-
- Cəmiyyət
- 28 Oktyabr 2016 18:31
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz