Jurnalist İslam Şıxəli Baş Prokurorluqda dindirilib
Jurnalist İslam Şıxəli bazar ertəsi Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirilib. Dünən onun kirayə qaldığı mənzildə axtarış aparılıb və onun şəxsi əşyaları müsadirə edilib.
“Məni niyə çağırdıqları elə də aydın deyil. Suallar, məsələn, “Meydan TV”, “Azadlıq radiosu”, yaşadığım mənzil, oradan müsadirə edilmiş əşyalara aid idi.
Maaşıma aid də suallar verirdilər”, deyə Şıxəli dindirmədən çıxdıqdan sonra Turan agentliyinə bildirib.
“Axtarış zamanı kameraları, kompüterləri, yaddaş kartlarını, telefon, bank çekləri, “Azadlıq radiosu”nda işləyənlərin diplomlarını, mükafatlarını götürüblər. Müstəntiqlər bütün bunların mənə niyə lazım olduğu ilə maraqlanıblar”, deyə Şıxəli bildirib.
İstintaq həmçinin onun konkret şəxslərlə əlaqələri ilə maraqlanıb. “Açığını desəm, soruşduqları insanlarla yaxın əlaqələrim yoxdur. Onları təsadüfən konfranslarda, məhkəmələrdə görmüşəm”, deyə Şıxəli bildirib.
O xatırladıb ki, artıq dəfələrlə prokurorluqda dindirilib. “Bu, təsadüfi deyil. Ölkəmizdə jurnalistlərin müntəzəm olaraq dindirilməsi və saxlanılması adi hal kimi qəbul edilir”, deyə Şıxəli bildirib.
Onun fikrincə, dindirmələr və saxlanmalar, çox güman ki, gənc jurnalistləri qorxutmaq məqsədi daşıyır. -16D06-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz