Jurnalistlər Rasim Əliyevin ölümünə görə həkimlərin cəzalandırılması tələbi ilə aksiya keçiriblər
Avqustun 27-də bir qrup jurnalist Bakı Şəhər Prokurorluğunun binası qarşısında jurnalist Rasim Əliyevin ölümündə günahı olan həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə aksiya keçirib.
Aksiya iştirakçılarını Bakı şəhər prokuroru Əziz Seyidov qəbul edib. Jurnalistlər R.Əliyevin döyülərək öldürülməsi barədə qaldırılan cinayət işinin istintaqı ilə bağlı Ə.Seyidova çoxsaylı suallar ünvanlayıblar. Aksiya iştirakçıları həmçinin R.Əliyevin ölümündə günahkar olan həkimlərin də cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini prokurorun diqqətinə çatdırıblar.
Prokuror Ə.Seyidov aksiya iştirakçılarından istəkləri ilə bağlı müraciət hazırlanmasını xahiş edib və sənəddə qaldırılan məsələlərə, o cümlədən həkimlərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılacağını bildirib.
R. Əliyev avqustun 8-də "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko adına) yerləşdirilib. Avqustun 9-na gecə onun səhhəti kəskin pisləşib və əməliyyat olunandan sonra vəfat edib.
Jurnalistin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 126.3 (qəsdən insan ölümünə səbəb olan ağır xəsarətlərin yetirilməsi) maddəsi ilə cinayət işi qaldırılıb. Bu ittiham üzrə 6 nəfər həbs edilib.
Futbolçu Cavid Hüseynov isə cinayəti qabaqcadan bilib xəbər verməmə ittihamı ilə həbs edilib.-03B-
-
- İqtisadiyyat
- 27 Avqust 2015 15:27
-
- Siyasət
- 27 Avqust 2015 16:32
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz