Kəlbəcərlilərin məhkəməsində
Yerevan/ 30.10.14/Turan-Armİnfo: Qarabağda Kəlbəcər rayonunun keçmiş sakinləri Dilqəm Əsgərovla Şahbaz Quliyevin məhkəməsi davam edir. Ermənistan KİV-nin məlumatına görə, oktyabrın 29-da D.Əsgərov bildirib ki, 1993-cü ildə Kəlbəcərin işğalından sonra müntəzəm olaraq oraya gedib. Əsasən 1998, 2005 və 2007-ci illərdə həm tək, həm də yoldaşları ilə birlikdə cəbhə xəttini keçib.
Bu ilin yayında Ş.Quliyev və H.Həsənovla birlikdə son gedişinə dair vəziyyətə toxunaraq deyib ki, məqsəd bu rayonda gizlədilmiş qızılı tapmaq və qohumlarının məzarını ziyarət etmək olub.
D.Əsgərovun sözlərinə görə, onlar ermənilərin nəzarətində olan ərazidə olarkən videokamera ilə çəkilişlər aparıblar. Çəkilişin səbəbləri ilə bağlı sualın cavabında deyiblər ki, bunları öz gələcək kafelərində nümayiş etdirmək niyyətində olublar.
D.Əsgərov yerli sakin, 17 yaşlı Smbat Sakanyanın qətlində iştirakını inkar edib. O deyib ki qətli qrupun üçüncü üzvü Həsən Həsənov törədib.
Sonra Ş.Quliyev analoji ifadə verərək qətldə əli olmadığını bildirib.
Erməni tərəfi bildirib ki, H.Həsənov Kəlbəcərdə avtomobildə olan kişi və qadına atəş açdıqdan sonra güllələnib. -02D-
-
- Cəmiyyət
- 30 Oktyabr 2014 12:43
-
- İqtisadiyyat
- 30 Oktyabr 2014 13:08
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz