Açiq mənbələrdən foto.
Lənkəranda narkotik maddə ilə bağlı cinayətlərdə şübhəli bilinən 20-dən çox adam saxlanılıb
Bakı/30.08.22/Turan: Lənkəran Şəhər Polis İdarəsini keçirdiyi əməliyyat zamanı əvvəllər mühakimə olunmuş İlham Abbasov narkotik maddələrn qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Baxış zamanı ondan 2 kiloqram heroin və 520 qram tiryək götürülüb, Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Bundan əlavə, Abbasovun zibilxanada gizlətdiyi 4,4 kiloqram marixuana aşkar edilib.
Müəyyən edilib ki, Abbasov satış məqsədilə narkotik vasitəni rayon sakini Vüqar Hüseynovdan alıb. Hüseynov da saxlanılıb. Onda 44 gram heroin və 67 gram tiryək aşkar edilib.
Son 10 gündə Lənkəranda narkotik maddə ilə bağlı cinayətlərdə şübhəli bilinən 21 nəfər saxlanılıb. 05B06
-
- Cəmiyyət
- 30 Avqust 2022 11:44
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz