Bəxtiyar Hacıyev
Məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini iki ay uzadıb /YENİLƏNİB/
Bakı/23.02.23/Turan: Fevralın 23-də Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətini iki ay – aprelin 28-nə qədər uzadıb. Qərarı hakim Rəfael Sadıqov istintaqın təqdimatı əsasında qəbul edib.
Bir müddət əvvəl müstəntiq Bəxtiyar Hacıyevə baş çəkib və fəal və təhqirə görə onu məhkəməyə verən qadın arasında telefon danışığının ekspertizasını keçirmək zərurəti olduğunu qeyd edib.
Vəkil Şəhla Hümbətova istintaqın dəlillərini əsassız adlandırıb və etirazını bildirib. 02B
* * *
2023 Fevral 23 (Cümə axşamı) 16:06:37
Bəxtiyar Hacıyev 46 gündür aclıq edir
Bakı/23.02.23/Turan: Bəxtiyar Hacıyevin vəziyyəti kritik olaraq qalır, bu barədə Turan-a fevralın 23-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində fəala baş çəkən vəkil Şəhla Hümbətova bildirib.
"O, 46 gündür aclıq edir, daha da arıqlayıb, çəkisi 64 kq-dır, yəni 20 kq arıqlayıb. Təzyiqi 90/60-dır. Ötən gecə huşunu itirib. Həkim ona dimedrol iynəsi vurub. Çox pis görünür, tez-tez huşunu itirir və baş ağrılarından şikayət edir", deyə vəkil bildirib.
* Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.
Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu həbsdən azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.
Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.
Məhkəmələr vəkillərin Hacıyev barəsində ən ağır qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və ya məhkəmə istintaqı başlayana qədər onun girov müqabilində azad edilməsi haqqında çoxsaylı vəsatətlərini təmin etməyiblər. 0B
-
- Siyasət
- 23 Fevral 2023 16:56
Cəmiyyət
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
-
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər baş verib, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Rəy yaz