Mətbuat-Monitorinq 01.12.14
Rəsmi qəzetlər dövlət başçısı İlham Əliyevin Qaz İxrac edən Ölkələr Forumunun baş katibini qəbul etməsi xəbərini, bəzi sərəncamlarının mətnlərini ilk səhifələrdə yerləşdiriblər.
“Azadlıq” qəzeti məmurların rayonlarda vətəndaşlarla mütəmadi görüşlərinin iqtidarın sosial partlayış qorxusu yaşaması kimi pərdəarxası məqamı olması iddiasını ilk səhifəyə çıxarıb. .
“Sərhədsiz Reportyorlar” təşkilatı jurnalist Turxan Kərimlinin oğurlanması hadisəsini pisləyən bəyanat yayıb.
Ölkə ictimiayyətinin fəalları son vaxtlar AXCP üzvlərinə artan basqıları iqtidarın repressiv siyasətinin tərkib hissəsi kimi dəyərləndiriblər.
Qəzet Əmlak Komitəsinin sədri Kərəm Həsənovu təzyiq vasitəsilə ASC-lərin əmlak və torpaq sahələrini əllərindən alaraq hərrac yolu ilə başqalarının adına keçirməkdə ittiham edir.
“Yeni Müsavat” yeni ildə Azərbaycanın “böyük bahalaşma ilə üz-üzə qalacağı” barədə xəbərdarlıq iddiasını ilk səhifəyə çıxarıb.
Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhətinin ağırlaşdığını deyən Elçin Qəmbərov onun ilin sonuna kimi sağ qala bilməsinin sual altında olduğunu bəyan edib.
Politoloq Ərəstu Oruclu son vaxtlar ölkədə partiyaların hüquq-müdafiə işi sahəsində fəallaşmalarını öz əsas vəzifələrindən imtina etmələri kimi dəyərləndirib.
-
- Söz istəyirəm
- 30 Noyabr 2014 22:55
-
- Cəmiyyət
- 1 Dekabr 2014 10:50
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz