Mətbuat-Monitorinq 27.09.13
Rəsmi və iqtidaryönlü qəzetlər dövlət başçısı İlham Əliyevin qəbulları haqda yazırlar.
“Azadlıq” qəzeti neft pullarını dağıtmaq üçün hər oliqarxa bir layihənin ayrıldığını yazaraq bunu “iqtidarın seçkidən sonra talançılığa hazırlaşması” kimi adlandırır.
Prezident seçkiləri ilə bağlı İctimai TV-dəki debatda Milli Şuranın prezidentliyə namizədi C.Həsənli dövlət başçısı İlham Əliyevi ölkənin “baş monopolisti” adlandırıb.
Türkiyədə yaşayan azərbaycanlılar xalqa “Cəmil Həsənliyə səs verməklə ölkəni yanlış yol, təhlükə dolu gələcəkdən xilas edə biləsrsiniz” çağırışını ediblər.
Prezidentliyə namizəd C.Həsənlinin mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevin evinə basqın edən polislər zorla oğlundan ifadə almaq istəyiblər.
Tanınmış ədəbiyyatşünas Kamil Vəli Nərimanoğlu AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlinin həbsinin arxasında birbaşa dövlət başçısı İlham Əliyevin durması barədə bəyanat səsləndirib.
Məmurların maşınlarının illik xərcləri 400 milyon dollar təşkil edir. Ekspertlər “bu səhiyyə büdcəsinin 70%-i, təhsil büdcəsinin isə 40%-i deməkdir” şərhini verivlər.
“Zerkalo” Mərkəzi Seçki Komissiyasının seçki qanunvericiliyinin tələblərinin pozulması haqda xarici radiolara xəbərdarlıq etməsinə, amma prezidentliyə namizəd “balıq Hafiz” və digər etikadankənar əməllərə münasibət ifadə etməməsinə ironiya ilə “fili isə MSK-da “görməyiblər” mövqeyini sərgiləyir.
“Ekspress” yazır ki, təhsil naziri Mikayıl Cabbarov müəllimlərin maaşlarının azlığından şikayət edib və bütün direktorların eyni maaşı almasını doğru saymayıb.
“Novoe Vremya” “İctimai” TV-dəki debatlarda Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin dövlət başçısı İlham Əliyevi “Azərbaycanı özəl holdinqə döndərməsi” ittihamına məqruz qoymasına diqqət çəkir.
“Bizim yol” prezidentliyə namizədlərin teledebatında Milli Şuranın prezidentıliyə namizədi Cəmil Həsənlinin YAP tərəfdən həbslə, “balıq Hafiz” tərəfindən ölümlə hədələnməsinə “namizədlərin debatında növbəti qalmaqal” şərhini verir.
Qəzet 50 milyon manat kapitalı olmayan 7 bankın gələn ilin yanvarından fəaliyyətinə xitam veriləcəyini bildirir.
“Yeni Müsavat” prezident seçkiləri ilə bağlı teledebatda İlham Əliyevin nümayəndəsinin Milli Şuranın namizədi Cəmil Həsənlini həbslə hədələməsini “iqtidarın seçkidən sonrakı repressiyasının anonsu” kimi dəyərləndirir.
“Meydan” TV kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasovun Londonda yeni mülklərinin aşkarlandığını bildirir.
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz