Mingəçevirdə şagirdlərin kütləvi hepatit xəstəliyinə yoluxduğu bildirilir
Mingəçevirdə şagirdlərin kütləvi hepatit xəstəliyinə yoluxduğu bildirilir.
Məsələ ilə bağlı TƏBİB-dən Turana bildirilib ki, 4-ü oğlan, 2-si qız olmaqla 6 nəfər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib: "Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir".
Qurumdan qeyd olunub ki, müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə Turana bildirilib ki, “Hepatit A” virusuna yoluxmuş şagirdin biri Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbin şagirdi, ikisi Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseyin şagirdi, digər üçü isə işğaldan azad olunmuş rayonların yerlərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdir.
Təhsil İdarəsindən qeyd olunub ki, Mingəçevir şəhər Mərkəzi Xəstaxanasından verilən məlumata əsasən, hazırda uşaqlar dünən axşam radələrində Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə qaldırılıb və səhhətləri orta stabil olaraq qiymətləndirilir: "Həmçinin şagirdlərin səhhəti və sağlamlıq durumu barədə tərəfimizdən mütəmmadi olaraq maraqlanılır. Mərkəzi Aran Regional Təhsil İdarəsi sözügedən məsələ ilə bağlı şagirdlərin, eyni zamanda vətəndaşların gigiyena qaydalarına riayət etmələri və virusdan qorunmağa çağırır".
-
- Cəmiyyət
- 17 Noyabr 2023 12:49
-
- İqtisadiyyat
- 17 Noyabr 2023 13:28
Cəmiyyət
-
Çərşənbə axşamı paytaxtda yağış gözlənilir, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Proqnozlara görə, yağışlı hava çərşənbə axşamına qədər davam edəcək.
-
Google, Ambition Loop, Azercell və “Azərbaycan Dəmir Yolları” QSC kimi qlobal və yerli şirkətlərin nümayəndələri dayanıqlı inkişafın təşviqində korporativ məsuliyyət, innovasiya və tərəfdaşlıqların rolunu müzakirə ediblər
-
Bakıda keçirilən COP29 konfransı mübahisələr və tənqidlərin kölgəsində başa çatdı. Tanınmış tarixçi Cəmil Həsənli bu tədbiri Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın idarəçilik problemlərinin parlaq əks olunması kimi xarakterizə etdi. Administrasiyanın qatı tənqidçisi olan Həsənli, COP29-u bahalı bir tamaşa adlandıraraq sistemli çatışmazlıqları üzə çıxardığını və Azərbaycanın siyasi və iqtisadi strukturlarına beynəlxalq diqqəti artırdığını vurğuladı.
-
Avropa Parlamenti Prezidenti Roberta Metsola azərbaycanlı iqtisadçı və siyasi məhbus, professor Qubad İbadoğlunu 2024-cü il Saxarov Mükafatı təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət edib. Dəvət məktubu COP29 iqlim konfransı zamanı Avropa Parlamenti üzvü Maykl Bloss tərəfindən çatdırılıb. Lakin İbadoğlu hazırda ev dustaqlığında olduğu və Azərbaycandan çıxmasına qadağa qoyulduğu üçün dəvəti qəbul edə bilmir.
COP29 bitdi. Geriyə nə qaldı? – Fuad Həsənov Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:41
- 275
-
- İqtisadiyyat,
- 13:04
- 310
Rəy yaz