Nardaranlılar obyektiv araşdırma tələb edirlər
Bu gün Nardaran ağsaqqalları hüquq-mühafizə orqanları rəhbərliyi ilə görüşüb saxlanılanlar, yaralılar və həlak olanların cəsədlərinin verilməsi ilə bağlı danışıqlar aparmaq niyyətindədir. Bu barədə Turan-a Nardaran ağsaqqalı Natiq Kərimov bildirib.
Onun sözlərinə görə, indiyədək yaralılar və saxlanılanlar barədə dəqiq məlumat yoxdur.
“Doğmalarının sözlərinə görə, 18-20 nəfər saxlanılıb. Yaralılar və onların vəziyyəti barədə məlumat yoxdur”, - N.Kərimov qeyd edib.
O həmçinin deyib ki, sakinlər Nardaranda dövlət çevrilişinin hazırlanması barədə hakimiyyətin bəyanatından, həbs edilən gənclərin ekstremist adlandırılmasından hiddətləniblər.
“Biz bu fikirləri qəti şəkildə rədd edirik. Biz obyektiv araşdırma tələb edirik. Şahidlər bildirirlər ki, yerli sakinlər polisə atəş açmayıblar. Hüquq-mühafizə orqanları kimin atəş açdığını araşdırmalıdır. Ayırd etmədən hamının kütləvi həbsi yolverilməzdir”, - N.Kərimov vurğulayıb.—06D--
-
- Cəmiyyət
- 27 Noyabr 2015 11:03
-
- İqtisadiyyat
- 27 Noyabr 2015 11:22
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz