
Rüfət Səfərov
Nazim Bəydəmirlinin həbsi siyasi motivlidir - hüquq müdafiəçisi
Bakı/05.07.23/Turan: Azərbaycan parlamentinin keçmiş deputatı, sahibkar, ictimai fəal Nazim Bəydəmirlinin həbsi siyasi xarakterlidir. Bu fikri Turan Agentliyinə "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib
"Əslində Nazim bəyin həbs ediləcəyi ilə bağlı bizdə narahatçılıq var idi. Bir neçə gün öncə hakimiyyətin nəzarətində olan media qurumları Nazim Bəydəmirli barəsində şərləmə kampaniyasına start vermişdilər. Onu Gədəbəy rayonu Söyüdlü kəndində baş verənlərin "təşkilatçısı" kimi qələmə verirdilər".
O hesab edir ki, keçmiş deputata qarşı irəli sürülmüş ittiham saxtadır.
"Hesab edirəm ki, bu, Nazim Bəydəmirlinin ictimai-siyasi və iqtisadi fəaliyyəti ilə bağlıdır. Şübhəsiz ki, "Müdafiə Xətti" insan haqları təşkilatı olaraq Nazim bəyin məruz qaldığı qurama ittihamı pisləyirik", deyə Səfərli qeyd edib. 16D
Cəmiyyət
-
Dekabrın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağıntı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntı intensiv olacaq və səhərə yaxın tədricən kəsiləcək. Gündüz əsasən yağıntı olmayacaq. Mülayim cənub-şərq küləyi axşam güclənən şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə müsbət 5+10, gündüz müsbət 11 +14 dərəcə olacaq, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.
-
Dekabrın 9-da Azərbaycan Nazirlər Kabineti Novruz, Ramazan və Qurban bayramları münasibətilə istirahət günlərinin müəyyən edilməsi haqqında qərar qəbul edib.
-
Azərbaycan Nazirlər Kabineti 2024-cü il 4 və 5 yanvar iş günlərilə müvafiq olaraq 2023-cü il 30 dekabr və 2024-cü il 7 yanvar istirahət günlərinin yerlərinin dəyişdirilməsini qərara alıb. Beləliklə, dekabrın 31-dən yanvarın 6-dək qeyri-iş günü olacaq.
-
“Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var”. Bunu dekabrın 6-da Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda forumda bildirib. O, vurğulayıb ki, “istərdik ki, iki ölkə arasında ümumiyyətlə müharibə olmasın, bununla bağlı qarantiya olsun”.
Rəy yaz