O.Kazımov: Apellyasiya mərhələsində dəyişikliyə ümidim var
AMAY şirkətinin qurucusu, sahibkar Abdulla Abdullayevin vəkili Osman Kazımov cümə axşamı Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib.
O.Kazımov öncə oktyabrın 30-da A.Abdullayevlə bağlı Apellyasiya Məhkəməsinin hazırlıq iclasının keçirilməsinin gözlənildiyini bildirib.
Vəkil Bakı Ağır Cinayətlər Məhkəməsində 7 ay davam edən prosesin sonunda A.Abdullayevin 13 il azadlıqdan məhrum edildiyini, onunla birgə təqsirləndirilən digər şəxslərin uzunmüddətli şərti cəzalar aldığını qeyd edib. O bildirib ki, bu şəxslər 2003-2008-ci illərdə banklardan kredit götürüb, həm də bu kreditləri qaytarıblar. Buna baxmayaraq, A.Abdullayevə 13 il həbs cəzası verilməsini vəkil bu işdə hansısa yüksək rütbəli məmurun maraqlı olması kimi dəyərləndirib. O.Kazımov qeyd edir ki, dəyən ziyan tam şəkildə ödənilir, bu ziyanın ödənilməsinə görə yüngülləşdirici hal 5 nəfərə tətbiq edilir, amma A.Abdullayevə şamil olunmur. Vəkil bu faktı ironiya ilə “Azərbaycan məhkəmələrinin yeniliyi” adlandırır.
O.Kazımov istintaqın irəli sürdüyü dələduzluq, səlahiyyətdən sui-istifadə, çirkli pulların leqallaşdırılması, mənimsəmə kimi ittihamların heç birinin məhkəmə araşdırmasında özünü doğrultmadığını deyib. “Ümumiyyətlə ittiham tərəfi məhkəməyə bu ittihamları təsdiqləyəcək bir sübut belə təqdim edə bilmədi”, - deyə vəkil istintaqın əsassızlığına işarə edib.
Məhkəməyə gəlincə, bütün kreditlərin qaytarıldığını deyən hakimin buna baxmayaraq yüksək cəza təyin etməsini O.Kazımov ədalətsizlik adlandırıb.
Sabahkı Apellyasiya məhkəməsinə gəlincə, O.Kazımov sahibkarlara qarşı təzyiqlərə görə son zamanlar görülən tədbirlər fonunda pozitiv dəyişikliyə ümid yarandığını söyləyib. Onun fikrincə, ədalətli məhkəmə baxışı olarsa, A.Abdullayevin azadlığa çıxması çox asan məsələdir.
A.Abdullayev 2014-cü il aprelin 4-də həbsə alınıb. Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq, səlahiyyətindən sui-istifadə, mənimsəmə, çirkli pulların leqallaşdırılması kimi ittihamlar irəli sürülüb. 2015-ci ilin fevralından Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən prosesin sonucu olaraq sentyabrın 7-də A.Abdullayev 13 il azadlıqdan məhrum edilib, daha 5 nəfər isə uzunmüddətli şərti cəzalar alıblar. -05C-
-
- İqtisadiyyat
- 29 Oktyabr 2015 15:22
-
- Cəmiyyət
- 29 Oktyabr 2015 17:39
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz