
Açiq mənbələrdən foto.
Bakı/12.06.21/Turan: Kəlbəcər rayon polis şöbəsinin əməkdaşları müvafiq icazə olmadan azad edilmiş ərazilərə daxil olmaq istəyən beş nəfəri saxlayıblar.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, saxlanılanlar polis şöbəsinə aparılıb. Onlarla profilaktik söhbət aparılıb, mina və partlayıcı maddələrin onların həyatı üçün təhlükə ola biləcəyi barədə xəbərdarlıq edilib. Sözügedən şəxslərin barəsində inzibati tənbeh tədbirləri görülüb.—06В-
Rəy yaz