Qafqaz Müsəlmanları İdarəsi onkoloji xəstə uşaqlara yardım edib
Bu gün Qafqaz Müsəlmanları İdarəsi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Respublika Onkoloji Mərkəzində müalicə olunan uşaqlar üçün Almaniyada istehsal olunmuş 100 min manatdan çox dəyəri olan tibbi avadanlıqlar hədiyyə edib. Hədiyyələrə 65 ədəd kateter və 45 ədəd impuzator da daxildir.
Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Respublika Onkoloji Mərkəzində müalicə olunan uşaqlara baş çəkib, onlara şəfa diləyib və hədiyyələr təqdim edib. “Qafqaz Müsəlmanları İdarəsi digər təşkilatları və imkanlı insanları da onkoloji xəstə uşaqlara yardım etməyə çağırır”, - A. Paşazadə qeyd edib.-05D-
-
- Siyasət
- 29 May 2014 13:38
-
- Söz istəyirəm
- 29 May 2014 14:37
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz