Qalmaqallı hakim xəstəxanaya yerləşdirilib
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov ürəyində yaranan problemlərlə bağlı xəstəxanaya yerləşdirilib.
Xəbəri Turan-a məhkəmədən təsdiqləyiblər.
Məhkəmədən deyiblər ki, Ə.Seyidov ötən həftənin sonundan işə çıxmır.
Ə.Seyidovun hazırda durumunun necə olması ilə bağlı bilgi almaq mümkün olmayıb.
Məhkəmə Hüquq Şurasından bununla bağlı suala cavab verməyiblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov bir müddət öncə mərhum prezident Heydər Əliyevin heykəlinə şüar yazdıqdan sonra həbs olunan gənc fəal Qiyas İbrahimlinin məhkəmə işindəı gündəmə gəlmişdi.
Ənvər Seyidov gənc fəala dövlət ittihamçısının istədiyindən də ağır - 10 il azadlıqdan məhrum etmə cəzası vermişdi.
Həmin məhkəmədən bir neçə gün sonra Ə.Seyidov yenidən qalmaqalla xatırlanmışdı.
Hakim qətldə təqsirləndirilən Elməddin Ağayev adlı şəxsə 19 il müddətinə azadlıqdan məhrum etmə cəzası kəsmişdi. Həmin hökmdən sonra məhkəmə iclası qarışmışdı. Təqsirləndirilən şəxsin yaxınları hakimi ədalətsizlikdə ittiham etmişdilər, E.Ağayevin qohumu olan bir qadın isə üzərinə benzin tökərək intihara cəhd etmişdi.—0-
-
- Siyasət
- 13 Dekabr 2016 18:25
-
- Söz istəyirəm
- 14 Dekabr 2016 10:25
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz