Qar uçqunu Quba-Xınalıq yolunu bağlayıb

Bakı/19.02.18/Turan: Ötən gecə Böyük Qafqazın yüksək dağlıq zonasına güclü qar yağdığından qar uçqunu baş verib. Quba-Xınalıq yolunda nəqliyyatın hərəkəti dayanıb.

Nəticədə bu zonada yerləşən bəzi yüksək dağ kəndləri ilə nəqliyyat əlaqəsi kəsilib. Bu barədə Turan-a yerli İcra Hakimiyyətindən bildiriblər.

Mənbənin məlumatına görə, qar uçqunu yolun 35-37 kilometrliyində qeydə alınıb. Həmin yerdə qar örtüyünün hündürlüyü 4-5 metrə çatır. Yolun təmizlənməsinə xüsusi texnika cəlb edilib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Ötən gecə Qusar və Xızı rayonlarında da çoxlu qar yağıb. Ən çox qar Xınalığa yağıb. Burada qar örtüyünün hündürlüyü 43 sm.-ə çatır.16D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti