RATİ 5 jurnalist daxil olmaqla, bütün siyasi məhbusların azadlığa buraxılmasına çağırıb
Bakı/19.01.19/Turan: 16 mart əfvi siyasi məhbuslar problemini həll etmədi, çünki fəalların çoxu hələ də həbsdədir, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu (RATİ) bildirib. RATİ jurnalistlər Əfqan Muxtarlı, Seymur Həzi, Araz Quliyev, Ziya Əsədli və Elçin İsmayıllı daxil olmaqla, bütün siyasi məhbusların azadlığa buraxılmasına çağırıb.
"Azərbaycan hakimiyyəti qanunsuz həbs edilmiş onlarla fəaldan 50-ni azad etməklə həbsxanalarda yeni siyasi məhbuslar üçün yer hazırlayır", - RATİ-nin direktoru Emin Hüseynov hesab edir.
RATİ bütün siyasi məhbuslar azad edilməyənə və dövlət bütün əsas insan hüquqlarına zəmanət verməyənə qədər Aİ-ni təşkilat və Azərbaycan arasında strateji əməkdaşlıq haqqında müqavilə ətrafında bütün danışıqları dayandırmağa çağırır.
"Azərbaycanın beynəlxalq tərəfdaşları bütün siyasi məhbusların azad olunmasını və vətəndaş cəmiyyətinə qarşı repressiyaların dayandırılmasını tələb etməlidir", - təşkilatın bəyanatında deyilir.06D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz