Габиль Велиев
Reketdə ittiham olunan Habil Vəliyevin işi üzrə məhkəmədə
Bakı/27.02.18/Turan: Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrliyi ilə "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə iclası dövlət ittihamçısının çıxışı ilə davam edib.
"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev 2016-cı ilin dekabrında hədələmə yolu ilə pul tələb edilməsində, səlahiyyəti olmayan şəxslər tərəfindən məxfi məlumat əldə edilməsi üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə ilə əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsində şübhəli bilinərək həbs edilib.
Prokuror öz çıxışında qeyd edib ki, Vəliyev Azərbaycan Respublikasının qanunvericiliyini pozub, bu, məhkəmə prosesi zamanı sübuta yetirilib. Onun sözlərinə görə, baş redaktor səlahiyyəti olmadan texniki avadanlıqlardan istifadə edərək, hədələmə yolu ilə vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb edirdi.
Amma dövlət ittihamçısı həmçinin qeyd edib ki, işin bəzi epizodları üzrə ittiham dəyişdirilib. Belə ki, böyük ölçüdə pul tələb etmə pul tələb etmə ilə dəyişdirilməlidir. Bütün bunları nəzərə alaraq, prokuror məhkəmədən Habil Vəliyevi təqsirli bilib və ona əmlakı müsadirə olunmaqla, 7,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
Sonradan söz dövlət vəkillərinə verilib, onlar məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər. Məhkəmə vəsatəti təmin edib, məhkəmə prosesini martın 13-nə təyin edib. -0-
-
- Cəmiyyət
- 27 Fevral 2018 13:43
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz