Saatlı rayonunda zəlzələ

Bakı/11.05.17/Turan: Bu gün yerli vaxtla saat 07:24-də ölkənin Saatlı rayonu ərazisində 5,3 bal gücündə zəlzələ baş verib.Xəbəri Azərbaycan FHN Elmlər Akademiyasının Seysmologiya Mərkəzinə istinadla yayıb.

Episentr 39 km dərinlikdə olub, burada yeraltı təkanların gücü 5 bal, ətraf rayonlarda 4,3 bal təşkil edib. Dağıntılar və tələfat haqqında məlumat daxil olmayıb.

Qonşu Sabirabadr rayonunun sakinləri Turan-a bildiriblər ki, bir neçə saniyə ara ilə iki güclü yeraltı təkan olub. Hər bir təkan 5-6 saniyə davam edib. Zəlzələ uğultu ilə müşaiyət olunub və kifayət qədər güclü olub. Bir çox sakinlər evlərini tərk ediblər. Dağıntı yoxdur. -06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti