Sabunçu vağzalı KFC fast-food restoranı oldu
1926-cı ildə tikilmiş keçmiş Sabunçu vağzalı bu gündən KFC restoranı kimi fəaliyyət göstərəcək. Restoran 300 yerlikdir və bu, firmanın dünya üzrə ən böyük restoranıdır.
KFC-nin Azərbaycandakı tərəfdaşı “AFK” MMC binanın bərpasına 3 mln. avro sərmayə qoyub.
KFC ( Kentucky Fried Chicken ) dünyada qızardılmış toyuq satışı üzrə ən iri restoran şəbəkəsidir. Firma müxtəlif növ toyuq əti, toyuq kotletləri, sendviç, həmçinin kartof və salat kimi qarnirləri, desert, sərinləşdirici içkilər satır.
KFC-nin ən geniş yayılmış məhsulu 11 ot və ədviyyatdan ibarət Sandera sousu ilə qızardılmış toyuqdur.
Amerikada bu firma heyvanların hüquqları uğrunda mübarizə aparanların hədəfinə çevrilib, həmçinin karton və kağız qablaşdırma istifadəçisi kimi tropik meşələrin məhv edilməsinə yardımda ittiham olunur. Lakin KFC bu ittihamları rədd edir.-02D-
-
- Cəmiyyət
- 29 Oktyabr 2012 13:13
-
- İqtisadiyyat
- 29 Oktyabr 2012 13:59
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz