Sabah Yunited Kredit Bankın səhmləri yerləşdirilməyə başlayacaq

"Yunited Kredit Bank" ASC 30 oktyabr 2012-ci ildə nominalı 2 min manat olan 5 min adi sənədsiz adlı səhmi yerləşdirməyə başlamaq istəyir, - deyə Bakı Fond Birjası məlumat verir. 

Səhm buraxılışı birjanın qeyri-kotirovka vərəqinə daxil edilib. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif yolu ilə olacaq. Anderrayter "Chelsi Kapital" MMC-dir.

Yeni səhmlər tam yerləşdirilsə, bankın nizamnamə kapitalı 70,9% artaraq 24,11 mln manata çatacaq. 

Bankın əsas səhmdarı (88,78%) "United Buziness co." MMC-dir. Qalan səhmlər iki fiziki şəxsə məxsusdur. --15B--

 

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti