Sumqayıtda partlayış nəticəsində altı nəfər xəsarət alıb
Sumqayıtda partlayış nəticəsində altı nəfər xəsarət alıb
Dekabrın 3-də səhər Sumqayıtda 13-cü mikrorayonda çoxmənzilli binada baş vermiş partlayış nəticəsində 6 nəfər xəsarət alıb.
TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) məlumatında deyilir ki, üç nəfər xəstəxanaya yerləşdirilib.
Onlar ağır yanıq xəsarətləri alıblar və yerli xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Birinin vəziyyəti ağır, digər ikisi orta ağır qiymətləndirilir.
Öz növbəsində Fövqəladə Hallar Nazirliyi daha üç nəfərin dağıntıların altından çıxarıldığını və aidiyyatı üzrə təhvil verildiyini bildirib.
-
- Siyasət
- 3 Dekabr 2024 11:42
-
- İqtisadiyyat
- 3 Dekabr 2024 11:58
Cəmiyyət
-
İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib.
-
İmişli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki uşaq ölüb, üçü yaralandığı bildirilir. Daxli İşlər Nazirliyinin mətbuat xidmətindən Turana bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Yanvarın 19-da səhər və axşam paytaxtda yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 7+11 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz