
Tel-Əvivdə dünənki terror aktında həlak olanlardan biri 25 il əvvəl Bakıdan repatriasiya etmiş 32 yaşlı Mila Mişiyevadır. Onun ailəsi - atası Vyaçeslav və anası Rita, habelə kiçik qardaşı və bacısı Aşkelonda yaşayır. Mila özü son vaxtlar Ramin le-Tsionedə yaşayırdı. Azərbaycanda onun qohumları var idi, xəbəri İsrail KİV-ləri yayıb.
Xatırladaq ki, Tel-Əvivdə ərəblərin törətdiyi terror aktında daha üç İsrail vətəndaşı həlak olub. -02D-
Rəy yaz